Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əmrinə əsasən, şəbəkəsinə daxil olan M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin direktor vəzifəsinə Vəliyev Fazil Mütəllim oğlu təyin olunub.
İdarədən Oxu.Az-a verilən xəbərə görə, ilin əvvəlindən başlayaraq idarənin mədəniyyət evlərində işin təkmilləşməsi və qüsurların aradan qaldırılması ilə əlaqədar bir sıra kadr dəyişiklikləri edilib.
Aytən Sadıqzadə
www.oxu.az