Aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.
Bu əlamətdar gün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunmuşdur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Oxu.Az xəbər verir ki, 18 aprel tarixində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə “Gənc turist” klublarının üzvləri üçün Ermitaj muzeyinə virtual ekskursiya təşkil edildi.
Həmçinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Heydər Əliyev Mərkəzlərində, muzeylərdə və qoruqda 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Açıq qapı” günü elan edilmişdir. Bununla əlaqədar sakinlərin və gənclərin ekskursiyaları təşkil olunmuşdur.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az