Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus” Hollivud filmlərinin Azərbaycan dilində subtitrlər ilə nümayişinə başlayıb. Bu, bir çox gözlənilən filmlərin orijinal dildə nümayiş etdirməyə imkan verəcək.
Kinoteatrın mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, ingilis dilində filmlərin Azərbaycan subtitrlərı ilə nümayişinin bir sıra üstünlükləri var:
-aktyorların əsl səslərini eşitmək
-öz xarici dil biliyini artırmaq
-Bəzən dublyajın təhrif etdiyi xarici ifadələrin səslənməsindən həzz almaq
Tezliklə “CinemaPlus” kinoteatrı tamaşaçıları maraqlı dünya premyeralar toplusu ilə sevindirəcək.
“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, “28 Mall” Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd edək ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır.
Aytən Sadıqzadə
www.oxu.az