Azərbaycanın premium kinoteatrı “CinemaPlus” yanvarın 8-dən etibarən türk melodramı “Delibal” filminin nümayişinə başlayır.
Oxu.Az xəbər verir ki, filmdə Barışın oxuduğu universitetin tələbələrinin ehtiraslı sevgi tarixcəsi göstəriləcək, hansı ki, bütün ömrünü musiqiyə və Füsun adlı cazibədar qıza həsr edir.
Filmin baş qəhrəmanları gənc, istedadlı aktyor Çağatay Ulusoy və model Leyla Lidia Tuğutludur. Öz qəhrəmanının rolunu oynamaq üçün Ulusoy 7,5 kiloqram arıqlayaraq zərb musiqi alətləri və motosikl idarəetmə dərsləri alıb.
Filmin rejissoru Аli Bilgindir.
Biletləri kinoteatrın kassalarından, həmçinin kinoteatrın rəsmi saytı www.cinemaplus.az - dan onlayn əldə etmək və ya (012) 499 89 88 və 119 nömrələrinə zəng vurmaqla sifariş vermək olar.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
