İtaliyada mart ayında məşhur rəssamlar Pol Sezann, Pyer-Ogüst Renuar və Anri Matissin muzeydən oğurlanan üç əsəri tapılaraq geri qaytarılıb.
Oxu.Az xəbər verir ki, əsərlər Parma şəhəri yaxınlığındakı Manyani Rokka Fondunun muzeyindən oğurlanmışdı. Rəsm əsərləri prokurorluğun göstərişi ilə aparılan axtarışlar zamanı aşkarlanıb.
Tapılan əsərlər Pol Sezannın "Albalılı natürmort" (təxminən 6 milyon avro), Pyer-Ogüst Renuarın "Balıqlar" (təxminən 3 milyon avro) və Anri Matissin "Terrasda odaliska" (təxminən 20 min avro) əsərləridir.
Oğurluq martın 22-dən 23-nə keçən gecə baş verib. Maskalı şəxslər muzeyə daxil olaraq əsərləri üç dəqiqədən az müddətdə ələ keçirə biliblər.