Mayın 13-də Parisin Grand Palais mərkəzində Monumenta 2014 sərgisinin açılış mərasimi keçirilib.
Oxu.Az buro247.az-a istinadla məlumat verir ki, rusiyalı rəssamlar İli və Emilya Kabalovaların əsərlərindən ibarət “Qəribə şəhər” (The Strange City) layihəsinin təqdimat mərasimində rusiyalı top-model Natalya Vodyanova, Buro 24/7 layihəsinin təsisçisi Miroslava Duma, Nargis Nəşriyyat Evinin direktoru Könül Nağıyeva, dizayner Vika Qazinskaya, o cümlədən digər tanınmış simalar iştirak ediblər. Açılış mərasimindən sonra qonaqlar Natalya Vodyanovanın “Çılpaq ürəklər” xeyriyyə fondunun təşkil etdiyi ziyafətdə iştirak ediblər.
Gecədə Sotheby's tərəfindən keçirilən hərracda Paolo Roversi ilə fotosessiya, Londonda “Porter” jurnalının ofisində təcrübə imkanı və Qayi Repossidən zinət əşyaları satışa çıxarılıb. Hərracdan əldə olunan 1,3 milyon avro dəyərində məbləğ xeyriyyə fondunun hesabına köçürülüb.