Əməkdar artist Könül Xasıyeva dekabr ayının son günlərində 2 gün konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az xəbər verir ki, konsert Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təşkil olunur.
“Qayıt, nə olar?” adlı konsert proqramında Könül Xasıyeva muğamlarımızla yanaşı, xalq mahnılarımızı da səsləndirəcək.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq konsert 28-29 dekabrda Heydər Əliyev sarayında keçiriləcək.
Aytən Sadıqzadə
www.oxu.az