Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mədəniyyət işçilərinə şad xəbər - Mənzillə təminat müzakirə mövzusudur
"Mədəniyyət sahəsində çalışan işçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində bir çox tədbirlər görülüb, onların mənzil şəraitinin yaxşılaşdırılması və mənzillə təmin edilməsi üçün fərqli mexanizmlər var".
Oxu.Az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, güzəştli şərtlərlə mənzillərin əldə edilməsində mövcud mexanizmlərdən istifadə edilməsi üçün müvafiq qurumlarla danışıqlar aparılır:
"Bu istiqamətdə çalışacağıq ki, onlar da bu şəraitdən yararlana bilsinlər. Bunun üçün xüsusi şərtlərin mövcud olması müzakirə mövzusudur, müəyyən şərtlər var, növbəlilik prinsipi var. Mədəniyyət sahəsində çalışan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bu mexanizmlər istifadə edilməlidir. Gələcəkdə, təbii ki, əlavə olaraq xüsusi mənzillərin təqdim edilməsi baxımından yeni mexanizmlər mövcud olarsa, onlardan da istifadə etməyi düşünürük".
Məhərrəm Əliyev
"Adil Kərimli" teqi üzrə xəbərlər
- Adil Kərimlidən rəis TƏYİNATI
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ
- Xalq artisti Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Nazirlərlə görüşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Qəbul günləri AÇIQLANDI