Sizə “Nargis” jurnalının təşkil etdiyi “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkası barədə məlumat vermişdik.
Oxu.Az xəbər verir ki, 13-23 dekabr tarixlərində yarmarkaya gələn şəhər sakinləri və qonaqlar bayram ab-havasından böyük məmnunluq duyduqalarını dilə gətiriblər. Onlar Jan Atelier, Lilak, Carrousel, Ali&Nino və digər brendlərdən hədiyyələr əldə ediblər.
Dünən yarmarkanın təntənəli bağlanış mərasimi oldu. “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanovanın dəvəti ilə məşhur qonaqlar arasında filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, bəstəkar-müğənni Emin Ağalarov, Rusiyanın məşhur jurnalisti Duma Miroslava və başqaları xüsusi qonaq qismində təşrif buyurmuşdular.
“Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkasının baş sponsoru “Bank Technique”-dır.
Aytən Sadıqzadə
www.oxu.az