“Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Rusiya istehsalı olan “Leviafan” filminin Azərbaycanda nümayişinə heç bir qadağa qoyulmayıb”.
Oxu.Az xəbər verir ki, bunu APA-ya Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən bildiriliblər.
Qeyd edək ki, bəzi saytlarda “Leviafan” filminin Azərbaycanda nümayişinin qadağan olunduğu yazılıb.