Bakı Şəhər mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 8 nömrəli filialında Azərbaycanın Xalq artisti Nəcibə Məlikovanın anadan olmasının 95 illiyi münasibətilə “Müqəddəs ana obrazının ən yaxşı ifaçısı” adlı tədbir keçirilib.
İdarədən Oxu.Az-a bildirilib ki, filialın müdiri Həmayə Əzizova N.Məlikovanın teatrda klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində oynadığı rollardan danışıb.
Tədbirdə aktrisanın ifa etdiyi obrazları əks etdirən fotolardan ibarət sərgi nümayiş etdirilib.
A.S.
www.oxu.az