Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qusar “Azərbaycanın Folklor Paytaxtı” seçildi
Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması, hərtərəfli inkişafı, təbliği və təşviqi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq olunub.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, 2010-cu ildən tətbiq edilən bu Proqram nəticəsində Azərbaycanın qeyri-maddi mədəni irsinin inkişafı vüsət almış və regionların sosial-mədəni həyatında müsbət dəyişikliklər baş verib.
Proqrama əsasən “əfsanələr”, “folklor”, “sənətkarlıq” və bu kimi nominasiyalar üzrə “paytaxt” seçilmiş şəhərlərdə milli folklor ustaları və kollektivləri, xalq sənətkarları yeni yaradıcılıq nailiyyətləri əldə etmiş, xalqın tarixi yaşam tərzinin, milli bayram və adət-ənənələrin qorunması üçün əhəmiyyətli işlər görülüb.
Bu illər ərzində Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ “Azərbaycanın Əfsanələr Paytaxtı”, Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən “Azərbaycanın Folklor Paytaxtı”, Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron “Azərbaycanın Sənətkarlıq Paytaxtı”, habelə Şamaxı “Azərbaycanın Ədəbiyyat Paytaxtı” və Qax “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan olunub.
Proqramla əlaqədar 2016-cı il üçün Qusar şəhəri “Azərbaycanın Folklor Paytaxtı” seçilib.
Bu münasibətlə 11 mart 2016-cı il tarixində saat 12.00-da Bakı şəhərində yerləşən Muzey Mərkəzində 2016-cı il üçün “Azərbaycanın Folklor Paytaxtı”nın Təqdimat mərasimi keçiriləcəkdir.
Məsələ ilə əlaqədar Qusar rayonunda il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulub.
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- Abşeron Gənclər Şəhərciyində qadın QORXU YARATDI: Dövlət qurumları hərəkətə keçdilər
- Abşeronda maşın ustası müştərinin avtomobilini qaçıraraq qəza törətdi
- 350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb
- Hökməlidə üçmərtəbəli obyektdə yanğın olub
- 38 yaşlı qadın dayısı tərəfindən qətlə yetirildi - İDDİA + Hadisə yerindən GÖRÜNTÜLƏR
Rəylər