Oxu.Az xəbər verir ki, xalq şairi Vaqif Səmədoğlu AzNews.az-a müsahibəsində belə deyib.
Hazırda İsraildə müalicə olunan xalq şairinin sözlərinə görə, aparılan müalicə və müayinələrə baxmayaraq səhhətində heç bir irəliləyiş yoxdur:
“Əhvalımda hələ ki yaxşılaşma olmayıb. Çox pisəm! Xərçəngin dərmanı yoxdur. Yalnız ömrü bir qədər uzatmaq olur. Buna da şükür. Kaş ki, kəskin ağrılar başlayana qədər bir-iki əsər yaza biləydim”.
Şairin həyat yoldaşı isə AzNews.az-a açıqlamasında bildirib ki, Vaqif Səmədoğlu müalicə üçün 2014-cü ildə yenidən İsrailə qayıdacaq:
“Vaqif bəy Bakıya nisbətən burada özünü daha yaxşı hiss edir. Dekabrın sonunda Bakıya getməyə hazırlaşırıq, amma Yeni İldən sonra İsrailə qayıdacağıq”.
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Vaqif Səmədoğlu dekabrın 1-dən İsraildə müalicə alır.