Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkil etdiyi “Sirlər xəzinəsi” ədəbi-bədii musiqili layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək.
Milli Kitabxananın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə sabah baş tutacaq musiqili məclis məşhur şairə Xurşidbanu Natavanın yaradıcılığına həsr olunub.
Tədbirdə X.Natavanın həyat və yaradıcılığına nəzər salınacaq, muğam ifaçıları çıxış edəcək. Musqili məclis fevralın üçündə təşkil olunacaq.
A.S.
www.oxu.az