Latviyanın “Mixnews” xəbər portalının müxbirləri azərbaycanlı jurnalist Fərdin İsazadə ilə canlı yayımda olublar.
Söhbət əsnasında Dağlıq Qarabağdakı hərbi toqquşmalar müzakirə edilib.
Prezident İlham Əliyevin mövqeyi, Azərbaycan xalqının və ordusunun Ermənistan tərəfindən işğal olunmuş əraziləri tamamilə azad etməyə hazır olması Latviya ictimaiyyətinin diqqətinə çatdırılıb.