Üç dayaq məntəqəsinin tanınmamış “Dağlıq Qarabağ Respublikasının” nəzarəti altında qayıtması barədə məlumatlar həqiqətəuyğun deyil.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə çərşənbə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
Bundan əvvəl Erməni Müdafiə Nazirliyindəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Ermənistan Ağdərə rayonunda üç döyüş dayaq məntəqəsini geri alıb.
“Onlar hələ səhər deyirdilər ki, Azərbaycan Silahlı Qüvvələri heç bir şeyi məhv etməyib. Onlar məhv edilməyən şeyi necə geri qaytarmaq istəyirlər? Erməni tərəfi artıq öz bəyanatlarında çaşbaş qalıb. Fantaziyaları onları yarıyolda qoyur”, - deyə Dərgahlı bildirib.