Ermənistanın atəşkəsi pozması nəticəsində yaranmış gərginlik zamanı ermənilərin atdığı top mərmilərindən 3-ü İran ərazisinə düşüb.
Oxu.Az-ın APA-ya istinadəən məlumatına görə, hadisə ötən axşam yerli vaxtla saat 19.00 radələrində qeydə alınıb. Ermənistan silahlı bölmələrinin Hadrud istiqamətində endirdiyi zərbələr nəticəsində mərmilərdən 3-ü Xudafərin şəhəri ərazisinə düşüb. Nəticədə İran ərazisindəki elektrik stansiyasına ziyan dəyib və işıqlar sönüb. Ölən və yaralanan yoxdur.
İran Sərhəd Qoşunlarının nümayəndələri məsələ ilə bağlı insident tərəfləri ilə danışıb.
İranın Şərqi Azərbaycan əyalətində sərhəd bölgəsi ərazisində yerləşən şəhər və kəndlərdə təhlükəsizlik tədbirləri də gücləndirilib.
16:41
Ermənistab ordusunun Azərbaycanın Füzuli rayonunun Qazaxlar kəndinə atdığı qrad mərmisi İran ərazisinə düşüb.
Oxu.Az İran KİV-ə istinadən xəbər verir ki, mərminin partlayışı yerli əhali arasında təşviş və narahatçılıq doğurub.