Ermənistanın Azərbaycandan fərqli olaraq, Türkiyə kimi mütəffiqi yoxdur.
Oxu.Az-ın virtualaz.org-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib.
"Türkiyə Ermənistana silah satmır və onu silahlandırmır, Rusiya isə bunu edir. Türkiyə hələ çoxdan bəyan edib ki, onlar bir millət, iki dövlətdir. Bu mənada, hər hansı dövlətin Ermənistanla belə yaxın olacağını gözləmək şişirtmə olardı”, - deyən Şavarş Koçaryan etiraf edib ki, Azərbaycanın Türkiyəsi olduğu kimi, Ermənistanın bu cür müttəfiqi yoxdur.
İ.F.