Ermənistan Müdafiə Nazirliyinə məxsus avtobus aşıb.
Oxu.Az “news.am”a istinadən xəbər verir ki, avtobus hərbçiləri daşıyırmış.
Qəza baş verən zaman avtobusda 30 hərbçi olub.
Hadisə nəticəsində müddətdən artıq xidmət edən 12 hərbçi xəsarət alıb. Xəsarət alanlardan 7-nin vəziyyəti ağırdır.
E.Ə.
www.oxu.az