Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ermənistanın Mingəçeviri vurmaq iddiasına nazirlikdən SƏRT REAKSİYA: “Metsamor”...
Ermənistan tərəfi Mingəçevir Su Anbarını vuracaqları barədə iddialar səsləndirib.
Bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Mingəçevir Su Anbarının yerləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin, Hava Hücumundan Müdafiə qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir:
“Eyni zamanda, Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri “Metsamor” AES-ni yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər”.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti
Rəylər