Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncədəki düşmən təxribatı ilə bağlı paylaşım edib.
Birinci vitse-prezidentin “Instagram” hesabında yayımlanan paylaşımda deyilir:
“Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər.
Niyyət sadə və eyni zamanda, dəhşətlidir – mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq”.
Lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq. Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə - Nizamidir, Məhsətidir, Vazehdir! Lakin Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil.
Gəncə - qədim dövlətçiliyimizin beşiyidir.
Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir!
Gəncə Cavadxanın yurdudur. Bu şəhər Şərqdə ilk demokratik cümhuriyyətin müstəqilliyi uğrunda sona qədər vuruşmuş şəhərdir.
Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!”.
View this post on Instagram"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- İranın Baş prokuroru İlham Əliyevə təşəkkür edib
- Xalq artisti Aleksandr Şarovski dəfn edildi - FOTO - VİDEO
- Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO - VİDEO
- Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı göstərilən qayğıya görə Prezidentə və birinci xanıma təşəkkür etdi
- Həkimlər üçün yeni dövr: Əməkhaqqı artımı Azərbaycan səhiyyəsində nələri dəyişəcək?
Ən çox oxunanlarDigər xəbərlər