Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Edvard Nalbandyan ATƏT-in baş katibi Lamberto Zanyer ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, görüş Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində baş tutub.
Görüşdə tərəflər ATƏT-in gündəliyindəki məsələlər, bir sıra beynəlxalq və regional problemlər haqqında fikir mübadiləsi aparıblar.
Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyət də müzakirə edilib.
A.M.