Rumıniya Qarabağ münaqişəsi zonasında ədalətli sülh tərəfdarıdır, bu barədə jurnalistlərə çərşənbə axşamı Rumıniyanın Deputatlar palatasının xarici siyasət üzrə komissiyasının sədri Laslo Borbeli bildirib.
Oxu.Az “Novosti-armeniya”ya istinadən xəbər verir ki, Laslo Borbelinin sözlərinə görə, dünyada baş verən hadisələri və gərginliyin artmasını nəzərə alaraq Rumıniya regionda sülhün saxlanılmasına tərəfdardır.
“Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin səyləri nəticəsində regionda ədalətli sülh bərqərar olacaq”, - Borbeli deyib.