2015-ci ilin avqustun 13-də Kaspiysk şəhərində “Xəzər Kuboku” və “Xəzər Derbisi” beynəlxalq müsabiqələri rəsmi olaraq başa çatıb.
Oxu.Az xəbər verir ki, təntənəli bağlanış mərasimində yarışlarda ilkin yerləri tutan ən güclü komandalar mükafatlandırılıb.
Qazaxıstanın “Sarıarka” raket-artilleriya gəmisi gümüş medal dəsti ilə və sürətli “BL-560” qayığı ilə təltif edilib, Rusiya komandası qızıl medal və xidməti katerin sahibi olub. Azərbaycan Hərbi Dəniz Qüvvələri isə bürünc medallar və dayvinq üçün ləvazimat qazanıb.
“Yerlərin müəyyənləşdirilməsinə baxmayaraq bütün gəmi ekipajları güclü idilər və yüksək ustalıq nümayiş etdirdilər. Rusiya, Qazaxıstan və Azərbaycan hərbi hazırlıqlı Hərbi Dəniz Qüvvələri olan güclü Xəzəryanı dövlət olduqlarını sübut etdilər”, - müsabiqənin rəhbəri vitse-admiral Viktor Koçemazov qeyd edib.