Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin pisləşməsi ilə bağlı məlumatlardan son dərəcə narahatdır.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmisi Mariya Zaxarovanın yaydığı bəyanatda deyilir.
“Tərəfləri təmkinli olmağa çağırırıq; ilk növbədə hərbi toqquşmaların dərhal dayandırılmasını zəruri hesab edirik, - deyə, sənəddə qeyd olunur. – Rusiya XİN Azərbaycan və Ermənistanın xarici siyasət idarələrinin rəhbərləri ilə daimi əlaqə saxlayır”.