ABŞ-da yaşayan azərbaycanlılar Kaliforniya ştatının San-Fransisko şəhərinin mərkəzində Ermənistanın təcavüzünə qarşı aksiya keçiriblər.
Aksiya iştirakçıları tərəfindən Oxu.Az-a verilən məlumata görə, aksiyada 300-dən artıq şəxs iştirak edib.
İştirakçılar “Don`t believe Armenia”, “Media Fackt Check before Reporting”, “Stop Armenian Terrorism” və digər şüarlar yazılmış plakatlar nümayiş etdiriblər.
Həmçinin aksiya zamanı ermənilər tərəfin törədilən Gəncə terrorunun qurbanları anılıb.