ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edib.
Oxu.Az xəbər verir ki, Uorlik öz Tvitter hesabında yazıb.
“Mənim çağırışım prezidentlərədir: təmas xəttində zorakılığı dayandırın və danışıqlar üzrə öhdəlikləri yerinə yetirin”.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, son iki gün ərzində işğalçılar cəbhə xəttində fəallaşıblar və təxribatlara cəhd edirlər. Son təxribatlar nəticəsində düşmən 11 nəfərə yaxın itki verib. Azərbaycan ordusu heç bir itki verməyib.
www.oxu.az