ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyanla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Uorlik Tvitter-də yazıb.
Uorlik görüşündən məmnun qaldığını bildirib.
O, qeyd edib ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti addımları müzakirə edib.