ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçiriləcək iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 3+2 formatında - Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri xarici işlər nazirlərinin görüşünün keçirilməsinin mümkünlüyü müzakirə olunur.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, görüşün keçirilməsi barədə razılıq olsa, bu barədə məlumat veriləcək:
“Hələlik belə bir görüşün keçirilməsinin mümkünlüyü müzakirə olunur”.
M.Zaxarova Hamburqda Rusiya və Azərbaycan XİN başçılarının görüşünün keçirilib-keçirilməyəcəyinə də münasibət bildirib:
“Hazırda belə görüşün keçiriləcəyi barədə məndə məlumat yoxdur. Lakin bildiyiniz kimi, bu cür böyük forum çərçivəsində çoxlu sayda kontaktlar olur. Vacib olsa və vaxt imkan versə, bu görüşün keçirilməsi istisna deyil”.
S.B.
www.oxu.az