Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qənirə Paşayeva telekanallardan narazılıq etdi
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin (MM) iclasında bir qrup şəhid ailələrini narahat edən məsələyə parlament sədarətini və hökumət üzvlərini diqqət etməyə çağırıb.
Oxu.Az-ın xəbərinə görə, millət vəkili MM sədrinə müraciətində bildirib ki, şəhid ailləri parlamentin binası qarşısında toplaşıblar və xahiş edirlər ki, onların problemləri həll olunsun:
“Onlar cənab prezidentdən çox razılıq edirlər. Lakin bu gün onların istədikləri budur: biz də bu vəsaiti almaq istəyirik.
Bəziləri deyir almışıq, amma o zamanın şərtlərində həmin vəsaitin dəyərinin çox aşağı idi, amma bu gün bu vəsait onların həyatı üçün çox önəmli olduğunu və onlara da verilməsini xahiş edirlər.
Bəzi ailələr isə həmin vəsaiti almadıqlarını, onlarla bağlı bir anlaşılmazlığın olduğunu deyirlər, bəziləri isə şəhid ailələri arasında heç bir fərqin qoyulmamasını söyləyirlər.
İstəkləri cənab prezidentin şəhid ailələri üçün ayırdığı birdəfəlik ödəmənin onlara da verilməsidir və bu məsələnin həll olunmasını xahiş edirlər”.
Q.Paşayeva şəhid ailələrinin parlament qarşısında olmasından bəzi xarici qüvvələrin istifadə edə biləcəyindən də bəhs edib:
“Orda bəzi çəkilişlər də var idi, onların kimliyi də bəlli deyildi.
Bəzi xarici güclər var ki, bəlkə də bu məsələdən istifadə etmək istəyir. Odur ki, bu məsələyə diqqətin artırılmasını xahiş edirəm. Cənab prezident belə bir gözəl jest edib, şəhid ailələrinə qayğı göstərib.
Onlar xahiş edirlər ki, hökumət üzvlərinə təkrar müraciət edək və hökumət bu məsələni müsbət həll etsin və biz də şəhid ailələrimizin bu xahişinə baxılmasının hökumət üzvlərindən xahiş edirik”.
Q.Paşayeva sonra bildirib ki, bu il 1948-ci ildə soydaşlarımızın Ermənistandan, tarixi ata-baba torpaqlarımızdan didərgin salınmasının 70 illiyi, həmçinin 1988-ci ildə Ermənistanın yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində soydaşlarımızın öz yurd-yuvalarından qovulmasının 30 illiyi tamam olur:
“Bir sıra təşkilatlarda, misal üçün Avropa Şurası da daxil bununla bağlı sərgilər, tədbirlərin keçirilməsini reallaşdırmaq olar.
Ona görə bizim nümayəndə heyətlərimizin təmsil olunduqları beynəlxalq təşkilatlarda bu cür tədbirləri həyata keçirə bilməsi üçün informasiya müharibəsində və həqiqətlərimizn təbliğində əhəmiyyətli olduğunu nəzərə alaraq onların həyata keçirilməsi üçün büdcədən vəsaitin ayrılması yaxşı olardı”.
Millət vəkili telekanallarda parlament tərəfindən qəbul edilən qanunlar, əlavə və dəyişikliklərin cəmiyyətə daha geniş çatdırılması üçün proqramların artmasının vacibliyini vurğulayıb:
“Dövlət büdcəsindən maliyyələşən dövlət televiziyasında və İctimai TV-də parlamentimiz tərəfindən qəbul olunan qanunlar və qanunlara edilən əlavə və dəyişikliklər barədə cəmiyyətə məlumat verən maarifləndirici proqramlar artmalıdır.
Bəzi vətəndaşlarımız qanunlardan, qanunlarla onlara verilən hüquqlardan məlumatsızdırlar. Televiziyalarımızda insanlara qəbul edilən qanunlar barədə məlumat verən maatifləndirici proqramlar artsa, bu zaman insanlarımız öz hüquqlarını daha yaxşı biləcəklər və bu kimi maarifləndirici proqramlar cəmiyyətimizin maarifləndirilməsi üçün daha çox lazımdır.
Ona görə də bu məsələyə müvafiq qurumları ciddi diqqət göstərməyə çağırıram”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan Ermənistanın Rusiyaya olan borcunun bir hissəsinin silinməsini müzakirə edir
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb