Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Pakistanlı deputat Bakıdan Ermənistana çağırış etdi - ÖZƏL
Pakistan-Azərbaycan əlaqələri, münasibətləri ən yüksək səviyyədədir. Bu münasibətlər dünyaya nümunə ola bilər.
Bunu Oxu.Az-a özəl açıqlamasında pakistanlı deputat, adıçəkilən ölkənin Parlamentlərarası İttifaqdakı (PAİ) nümayəndə heyətinin rəhbəri Şazeb Durrani deyib.
S.Durrani Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini və onu uzun illərdən bəri işğal altında saxlamasını qəbul etmədiklərini vurğulayıb:
“Biz Pakistan dövləti, Pakistan xalqı olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyirik. Bildiyiniz kimi, məhz bu səbəbdən bu günə qədər Ermənistanla heç bir siyasi-diplomatik əlaqələrimiz, münasibətlərimiz yoxdur.
Bu münasibətlər yalnız Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən, Ermənistan qoşunları tərəfindən boşaldılmasından sonra yarana bilər.
Biz münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrindən çıxış edərək, Ermənistan qoşunlarının Azərbaycan torpaqlarını tərk etməsini və Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkününün öz evlərinə dönməsini istəyirik”.
S.Durrani ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu sözlərinə əlavə edib.
“Biz münaqişənin sülh və danışıqlar yolu ilə ədalətli həll edilməsinin tərəfdarıyıq. Ancaq istənilən halda Azərbaycanın yanındayıq və Azərbaycanın münaqişənin həlli yönündə atacağı bütün addımlarda hər zaman onu dəstəkləyəcəyik.
Ermənistana bir daha çağırış edirik ki, qısa bir müddətdə BMT və digər beynəlxalq təşkilatların qətnamələrinə, tələblərinə əməl etsinlər, Azərbaycan torpaqlarından çıxsınlar, qaçqın və məcburi köçkünlər öz evlərinə dönsünlər.
Bir sözlə, biz hər zaman Azərbaycanı dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik”, - deyə o bildirib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!
"Aİ" teqi üzrə xəbərlər
- Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - ANBAAN GÖRÜNTÜLƏR
- Borrel Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə gizli icazəsindən danışdı
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- COP29 çərçivəsində 300-500 milyard dollarlıq yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
- Makron və Borrelin siyasi iflası: Parisin boykot olunan COP29 çağırışı