20 
Dek
2018
16:26
326
29
17311
Virtual karabakh

Bayram Səfərovu kim əvəz edir? - YENİLƏNİB

20 Dek, 2018
16:26
17311

Bayram Səfərovu kim əvəz edir? - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni sədri seçilib.

Qərar icmanın bu gün keçirilən qurultayında qəbul edilib. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiq edilib.

Yeni sədr kimdir? 

Oxu.Az Modern.az-a istinadən onun qısa dosyesini təqdim edir:

Tural Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində anadan olub. Ali təhsillidir. Bakı Dövlət Universitetini Hüquqşünaslıq ixtisası üzrə bitirib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkili – Ombudsman Aparatında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Hazırda XİN-in Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin birinci katibi vəzifəsində çalışır.

12:17

Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayı keçirilib.

Oxu.Az-ın xəbərinə görə, qurultayda təşkilati məsələlərə baxılıb və quruma yeni sədr seçilib.

Qurultayın yekun qərarına əsasən, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri seçilib.

Asif Cahangirov icra heyətinin sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin isə Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub.

Qeyd edək ki, bu günə kimi Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasına Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sədrlik edirdi.

K.HƏMİDOV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri