20 
Yan
2020
15:57
323
19
3645
Virtual karabakh

Mövlud Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım - FOTO

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Oxu.Az-ın məlumatına görə, XİN rəhbəri bu barədə özünün "Facebook" səhifəsində yazıb. 

 “Qardaş Azərbaycanın azadlığı uğrunda 30 il əvvəl canlarını qurban verən 20 yanvar şəhidlərini rəhmətlə anıram”, - deyə o bəyan edib. 

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

29 mart 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri