Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında parlament seçkiləri ilə əlaqədar 71 saylı Masallı Kənd Seçki Dairəsi üzrə şikayətə baxılıb.
Oxu.Az-ın xəbərinə görə, MSK müraciətlə bağlı müvafiq qərar çıxarıb.
Qərara əsasən, həmin dairənin 33 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılıb.
Bildirək ki, həmin dairənin lider namizədi Anar İsgəndərovdur.
17:36
Milli Məclisə seçkilərlə əlaqədar 63 saylı Sabirabad Seçki Dairəsinin 28 saylı məntəqəsinin nəticələri etibarsız sayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qərar çıxarılıb.
Qeyd edək ki, şikayəti həmin dairə üzrə namizəd Qiyas Sadıqov ünvanlayıb.
Həmin dairənin lider namizədi Kamal Cəfərovdur.
Aqşin Kərimov