Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Putindən İlham Əliyev və Paşinyana Qarabağla bağlı ÇAĞIRIŞ
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putin tənzimləmələrin əsas istiqamətində yeni addımları müzakirə etməyə dəvət edib.
TASS xəbər verir ki, RF dövlət başçısı Qarabağla bağlı razılaşmaların ardıcıl olaraq həyata keçirildiyini, bunun münaqişənin ədalətli əsaslarla həlli üçün müqəddimə yaratdığını söyləyib.
“Bu gün üçtərəfli razılaşmaların ardıcıl olaraq həyata keçirildiyini məmnuniyyətlə deyə bilərik. Fikrimizcə, bu, uzun müddət davam edən münaqişənin Ermənistan və Azərbaycan xalqlarının mənafeləri baxımından ədalətli əsasda uzunmüddətli və geniş miqyaslı həlli üçün lazımi zəmin yaradır”, - deyə o, bildirib.
Rusiya lideri regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrini bərpa etmək, sərhədləri açmaq vəzifəsinin xüsusi diqqətə layiq olduğunu qeyd etdi.
"Ermənistan" teqi üzrə xəbərlər
- İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İrəvanda erməni həmkarı ilə görüşüb
- Mirzoyan: "Ermənilərin Qarabağa qaytarılması məsələsi müzakirə olunmur"
- Milli Məclis xarici dövlətlərin parlamentlərini Ermənistana təzyiq etməyə çağırıb
- Delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüş tarixi MƏLUM OLDU
- İranda yeni radar istifadəyə verilir: Qonşu ölkələrin səması müşahidə ediləcək