“Tək millət iki dövlətik… Türkiyə olaraq haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik”.
Oxu.Az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı bəyanatında deyib.
O, Xocalıda vəhşicəsinə qətlə yetirilənləri rəhmətlə andığını vurğulayıb.
“İllər keçsə də ağrısını unutmayacağımız, kədərini təkrar-təkrar yaşayacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı ayırd edilmədən qəddarcasına qətlə yetirilən 613 Azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, - deyə Türkiyənin dövlət başçısı vurğulayıb.
29 yıl önce Hocalı’da hunharca katledilen Azerbaycanlı kardeşlerimizi rahmetle yâd ediyorum... pic.twitter.com/kbI3OYk7iK
— Recep Tayyip Erdoğan (@RTErdogan) February 26, 2021