8 
Apr
2021
19:52
397
199
6172
yuxarı
İlham Əliyev Vladimir Putin ilə Qarabağ məsələsini müzakirə edib
Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyası Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq, Qarabağ ətrafında sabitləşməkdə olan vəziyyətin müzakirəsinin davam etdirilməsi təklif olunub. Bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, həmçinin sosial-iqtisadi inkişaf və nəqliyyat kommunikasiyalarının bərpası kimi məsələlər nəzərdən keçirilib. Bununla yanaşı, aprelin 7-də Moskvada baş tutan Rusiya-Ermənistan danışıqlarının nəticələri də nəzərə alınıb”, - deyə Kremldən yayılan məlumatda bildirilib.
Bizimlə əlaqə saxlayın
Digər Siyasət xəbərləri
15 
Apr
2021
20:15
Leyla Abdullayeva: “Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır”
153
15
797
15 
Apr
2021
18:41
TBMM-in komissiyası hesabat qəbul edib: Ermənistan müharibə cinayəti törədib
233
9
719
15 
Apr
2021
15:42
Azərbaycanın anti-terror əməliyyatları keçirməsi üçün əli güclənir – TƏHLİL
504
15
5577