15 
Apr
2021
20:27
34
664
1992
Virtual karabakh

Zaxarova: “Rusiya Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasına yardım etməyə hazırdır”

15 Apr, 2021
20:27
1992

Zaxarova: “Rusiya Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasına yardım etməyə hazırdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Azərbaycanla Ermənistan arasında davamlı sülhün və mehriban qonşuluq münasibətlərinin formalaşmasına istiqamətlənmiş təşəbbüslərə yardım göstərməyə hazırdır.

TASS xəbər verir ki, bu fikirləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı səsləndirib.

O bildirib ki, Cənubi Qafqazın sabitliyi və davamlı iqtisadi inkişafı Rusiyanın bu bölgədəki bütün tərəfdaşlarının maraqlarına cavab verir.

“Bakı ilə İrəvan arasında davamlı sülhün və mehriban qonşuluq münasibətlərinin formalaşmasına istiqamətlənmiş təşəbbüsləri alqışlayırıq. Əlbəttə ki, Azərbaycan və Ermənistan qarşılıqlı etimadın lazımi səviyyədə qurulması, ikitərəfli münasibətlərin normallaşdırılması üçün çətin bir yolun başlanğıcındadırlar. İnanırıq ki, praktiki işlərdə tərəflər ayırıcı xətlərə deyil, münasibətlərin normallaşmasına və etimad atmosferinin yaradılmasına səy göstərəcəklər”, - deyə M.Zaxarova bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri