Xaçmaz rayonunda ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbərləri müasir, müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyaraq ruhuna ehtiram nümayiş etdiriblər.
Prezident İlham Əliyevin ekoloji mühitin, xüsusən yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin formalaşmış ənənəyə uyğun olaraq, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Xaçmaz rayonunda növbəti ağacəkmə kampaniyası da həyata keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və gənc könüllülər Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsinə 980 ağac əkiblər. Yerli iqlim şəraitinə uyğun gələn ağacların suvarılması təmin edilib, əvvəl basdırılan ağaclara aqrotexniki qulluq göstərilib. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Rayon rəhbərliyi yaşıllıqların qorunması və əkilən ağaclara mütəmadi qulluq göstərilməsi istiqamətində müvafiq tapşırıqlarını verib.
Aksiya çərçivəsində Xaçmaz şəhərinin müxtəlif ərazilərinə, xüsusi ilə əhalinin daha çox üz tutduğu park və istirahət guşələrinə yeni gül kolları basdırılmaqla, mövcud yaşıllıqlara qulluq göstərilib. Görülən işlər rayonun simasını dəyişməklə, Xaçmazın daha gözəl görünməsinə zəmin yaradıb.