Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
O, bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib:
“Əziz həmvətənlər!
Sizi və bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində sizin bütün xoş arzu və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, gözəl əhval-ruhiyyə və bol sevincli anlar arzulayıram. Allah bütün dualarınızı və qurbanlarınızı qəbul etsin, bütün insanlara sağlıq və səadət, hər bir ölkəyə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin! Xalqımızın Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarının xatirəsini ehtiramla yad edir, onların doğmalarına və yaxınlarına səbir diləyirəm. Uca Tanrı hər zaman dünyamızı qorusun!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.
View this post on Instagram
"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
- Mehriban Əliyevadan "Zikra: xatirələr gecəsi" tamaşası ilə bağlı paylaşım - Foto
- Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib - Foto
- Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - Foto
- Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto
Digər xəbərlər