10 
Dek
2022
14:19
853
44
11044
yuxarı
Türkiyəli general-polkovnik Zakir Həsənovun müşaviri oldu - FOTO/VİDEO
10 Dek, 2022
14:19
11044
853
44
Türkiyəli general-polkovnik Zakir Həsənovun müşaviri oldu - FOTO/VİDEO
Türkiyəli general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyinat alıb.
Bu barədə Oxu.Az 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası ilə bağlı yayılan rəsmi məlumata istinad edir.
Bəxtiyar Ersay iclasda çıxış edərək Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb.
Qeyd edək ki, bu zamana qədər Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri olması ilə bağlı məlumat yayımlanmamışdı.
Bildirək ki, Bəxtiyar Ersay Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının komandanıdır.