29 
Yan
2023
22:02
656
27
2421
Virtual karabakh

Xələf Xələfov: “Terror hadisəsi ilə bağlı İran bir dövlət kimi məsuliyyət daşıyır” - VİDEO

29 Yan, 2023
22:02
2421

Xələf Xələfov: “Terror hadisəsi ilə bağlı İran bir dövlət kimi məsuliyyət daşıyır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu hadisənin baş verməsi bizim üçün gözlənilməz idi. Belə insidentlərin olması qəbuledilməzdir”.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Ona görə ki, Vyana konvensiyasının müvafiq maddələrinə görə səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır” - nazir müavini qeyd edib. 

Dövlət rəsmisi həmçinin bildirib ki, belə məsələlərin həll olunmasında dövlətlər arasında əməkdaşlıq həyata keçirilir:

“Yaranmış şəraitdə Azərbaycan Prezidenti çətin də olsa, bu qərarı qəbul etdi ki, Tehrandakı səfirliyimiz təxliyə olunmalıdır. Əlbəttə hər hansı ölkədə səfirliyin diplomatik nümayəndəliyin fəaliyyətini dayandırması çox məsuliyyətli qərardır. Amma siz bilməlisiniz ki, biz bunu İran tərəfinin də nəzərinə çatdırmışıq ki, bizim səfirliyimizin mühafizəsinin, səfirlikdə çalışan əməkdaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı İran tərəfinə etibarımız, etimadımız, inamımız yoxdur.

Nə üçün bunu deyirik? Çünki dəfələrlə biz İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı İran ərazisində təhdidlər var. İran tərəfindən tələb etmişdik ki, mühafizə təhlükəsizlik tədbirlərini artırsınlar. Dünən baş verən hadisə onu göstərir ki, İran buna etinasız, məsuliyyətsiz yanaşmış və bu terror aktı baş verib”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri