Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Heydər Əliyevin yüzilliyinə həsr edilən ilk investisiya məqsədli və xatirə pul nişanları hazırlanıb - FOTO
Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən ilk investisiya məqsədli və xatirə pul nişanları hazırlanıb.
Oxu.Az xəbər verir ki, Mərkəzi Bank tərəfindən hazırlanan pul nişanları bu gün ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə təqdim edilib.
Mərkəzi Bank sədri Taleh Kazımov ilk investisiya məqsədli və xatirə pul nişanlarının tədavülə buraxılacağını elan edib:
“Heydər Əliyevin 100 illik yubileyi münasibətilə AMB ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının 10 may 2023-cü il tarixindən etibarən tədavülə buraxılmasını elan edir. Eyni zamanda, ənənəmizə sadiq qalaraq, ulu öndərin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarını da tədavülə buraxırıq. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub.
Yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilib. Onların əsas dizayn elementləri kimi ön tərəfində ulu öndərin portretinin profil görüntüsü, imzası və “Heydər Əliyev” yazıları, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub. Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışını və geri alışını AMB həyata keçirəcək. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
“Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanıb və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılır. İnvestisiya məqsədli pul nişanları 1 Oz (31,1 q), 1/2 Oz (15,55 q), 1/4 Oz (7,78 q), 1/10 Oz (3,11 q) çəkilərdə tədavülə buraxılıb. Yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir”, - deyə sədr çıxışını tamamlayıb.
Tədbirdə qeyd edilib ki, xatirə və yubiley pul nişanları ənənəsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə pul nişanları Mərkəzi Bank tərəfindən ilk dəfə 1996-cı ildə dahi şair Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr edilib. İndiyə qədər 53 min ədəd xatirə və yubiley pul nişanı hazırlanıb.
Daha çox foto burada: PhotoStock.az
Aysel Aslan
"Füzuli" teqi üzrə xəbərlər
- Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI
- Füzulidə günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyən edilib
- Xankəndi və Füzuli şəhərlərinə onlayn sifarişlərin çatdırılmasına başlanılıb
- Füzuli Dövlət Dram Teatrına yeni baş rejissor təyin olundu
- Beynəlxalq səyyahlardan ibarət qrup Ağdama gəlib