Noy
2023
21:38
451
28
3620
Virtual karabakh

8 Noyabr - Zəfər Günü münasibəti ilə Bakıda atəşfəşanlıq olub - YENİLƏNİB + FOTO/VİDEO

8 Noy, 2023
21:38
3620

8 Noyabr - Zəfər Günü münasibəti ilə Bakıda atəşfəşanlıq olub - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə keçirilən bayram konserti atəşfəşanlıqla davam etdirilib.

Oxu.Az xəbər verir ki, qələbə sevincini paylaşmaq üçün milli parka axışan paytaxt sakinləri ilə yanaşı, Bakının qonaqları da konserti böyük maraqla izləyiblər.

Konsert proqramında xalq artistləri, estrada müğənniləri, rəqs qrupları iştirak ediblər.

Qeyd edək ki, Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla təsis edilib.

Həmin görüntüləri təqdim edirik:

19:31

Bakıda 8 Noyabr - Zəfər Günü ilə bağlı bayram konserti başlayıb.

Oxu.Az xəbər verir ki, bayram konserti Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin qarşısında keçirilir.

Konsertin ardınca atəşfəşanlıq təşkil olunacaq.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb və noyabrın 10-da Azərbaycanın tam qələbəsi ilə başa çatıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

Daha çox şəkil burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri