Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zəngilanda nəqliyyat-logistika sahəsi üzrə beynəlxalq konfrans işə başlayıb
Bu gün Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
“Report”un Zəngilana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirin məqsədi trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkil edilməsi, maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.
Konfransda 15 ölkədən, 8 beynəlxalq təşkilat təşkilatından, o cümlədən beynəlxalq maliyyə institutlarından 200-dən çox qonaq iştirak edir. Tədbirdə yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin əməkdaşları, alimlər və beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərlərinin iştirakı ilə bir neçə mövzuda panel müzakirələr nəzərdə tutulur.
Konfrans işini sabah Bakıda davam etdirəcək.
"Cəbrayıl" teqi üzrə xəbərlər
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Şəhid anası oğlunun son telefon zəngindən DANIŞDI
- Cəbrayıla köçən 34 ailəyə mənzillərinin açarları təqdim olundu
- Yusif Səfixanov: "Biz əl-ələ verib doğma Cəbrayılımızı yenidən dirçəldəcəyik"
- Pəri Xudiyeva: "Heç vaxt Cəbrayıla dönəcəyimizə ümidimizi itirməmişdik"