Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yusif Səfixanov: "Biz əl-ələ verib doğma Cəbrayılımızı yenidən dirçəldəcəyik"
"31 il əvvəl oğlumun bir yaşı olanda Cəbrayıldan qaçqın düşdüm, indi nəvəmin bir yaşında ailəmlə Cəbrayıla geri qayıdıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında Cəbrayıl sakini Yusif Səfixanov deyib.
"Bu işdə əməyi olan hər kəsə minnətdaram ki, bu hissi bizə yaşatdılar. Çox gözəl hissdir, onu sözlə ifadə etmək çətindir. Cəbrayıl cənnətə bənzər yer idi, mənfur ermənilər oranı talan etdilər. Amma biz əl-ələ verib doğma yurdumuzu yenidən dirçəldəcəyik. Heç vaxt ümidimizi üzməmişdik, həmişə bu ümidlə yaşamışıq. İndi bu ümidimiz reallaşır", - o bildirib.
Xatırladaq ki, bu gün daha 34 ailə Bakıdan doğma Cəbrayıl şəhərinə yola salınıb.
Mərahim Nəsib
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Keçmiş məcburi köçkünlərin daha bir qrupu Cəbrayıl şəhərinə yola salındı
- Pəri Xudiyeva: "Heç vaxt Cəbrayıla dönəcəyimizə ümidimizi itirməmişdik"
- Cəbrayıl sakini: "Valideynlərimlə birlikdə qaçqın düşmüşdüm, övladlarımla birgə geri qayıdıram"
- Bu xəbərləri qaçırmayın: 29.11.2024-ün ən mühüm hadisələri
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, açarlar sakinlərə təqdim edilib