Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kişilərdə artıq çəkinin təhlükəli fəsadı üzə çıxdı
London İmperial Kollecinin alimlər qrupu müəyyən edib ki, çəki problemi olan kişilər qadınlardan on il əvvəl yaddaşlarını itirməyə başlaya bilərlər.
Oxu.Az xəbər verir ki, demensiya ən çox 75 yaşdan sonra inkişaf edir, lakin "Journal of Neurology Neurosurgery & Psychiatry" jurnalında dərc edilən yeni araşdırmalar göstərir ki, piylənmə kişilərdə bu prosesi sürətləndirə bilər.
Alimlər müəyyən ediblər ki, artıqçəkili kişilərdə beyin funksiyasının pisləşməsi artıq 55-74 yaşlarında başlayır, qadınlarda isə oxşar dəyişikliklər yalnız on il sonra, 65-74 yaşlarında baş verir.
MRT-dən istifadə edərək, alimlər təcrübə iştirakçılarının beyin həcmini və bədəndəki yağın miqdarını qiymətləndiriblər. Nəticələr göstərib ki, artıq yağı beyin həcminin azalması ilə əlaqəlidir ki, bu da sinir hüceyrələrinin və onlar arasındakı əlaqənin itirilməsini göstərir. Bu əlaqə xüsusilə kişilərdə özünü büruzə verir.
"artıq çəki" teqi üzrə xəbərlər
- Arıqlayan zaman dəri sallanmasından necə xilas olaq? Ekspert tövsiyələri
- Alimlər çəki artımının yeni mümkün səbəbini açıqladılar
- Televizor qarşısında yatmağın gözlənilməz fəsadı: Ekranın işığı kökəldir
- Alimlər bədəndəki zərərli yağları sağlamlığa çevirməyi öyrəniblər
- Kökəlməmək üçün dondurmanı necə yemək lazımdır?