Dek
2023
18:30
295
26
2375
Virtual karabakh

Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər - YENİLƏNİB + FOTO

5 Dek, 2023
18:30
2375

Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 5-də 30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirakı ilə Zəngilanda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində panel müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən panel müzakirədə dünyanın müxtəlif ölkələrindəki nüfuzlu beyin mərkəzlərinin və akademik qurumların nümayəndələri iştirak ediblər.

İşğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndələrin çıxışları ilə keçirilən ilk panel müzakirədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov salamlama nitqi ilə çıxış edib.

Sonra panel ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə işə başlayıb.

“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində panel müzakirələrdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış ediblər.

Tədbirdə, həmçinin Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov panel müzakirənin çıxışçısı qismində iştirak ediblər.

Müzakirələrdə xarici ekspertlərə Qarabağda aparılan bərpa və quruculuq işləri, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesində Azərbaycan modeli barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Panelin ikinci hissəsi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyevin moderatorluğu ilə baş tutub.

ADA Universitetinin professoru Gülməmməd Məmmədov, Bosniya və Herseqovina Prezidenti kabinetinin üzvü İsmet Kadiç, Efiopiyanın Xarici məsələlər İnstitutunun əməkdaşı Daraskedar Tayen, Gürcüstanın “Rondeli” Fondunun üzvü Şota Utiaşvili, İngiltərənin Cənubi Uels Universitetinin professoru Ali Varda və ABŞ-ın Ceymstaun Fondunun tədqiqatçısı Marqarita Asenova sözügedən paneldə çıxış ediblər.

Çıxışlarda repatriasiya prosesindəki dünya təcrübəsindən, işğaldan azad edilmiş ərazilərdəki icma quruculuğu və inteqrasiya prosesindən danışılıb.

Tədbir sual-cavab sessiyası ilə başa çatıb.

Sonra iştirakçılar Zəngilanın Ağalı kəndinə səfər edərək buradakı “Ağıllı kənd” konsepti ilə yaxından tanış olublar. Qonaqlara “Ağıllı kənd” pilot layihəsinin icrası barədə məlumat verilib. Bildirilib ki, böyük həcmdə maliyyə tələb edən bu layihə Qarabağdakı quruculuq prosesini və Azərbaycan iqtisadiyyatının inkişafını özündə əks etdirir.

15:30

Otuz ölkəni təmsil edən 60 xarici ekspertin iştirakı ilə Zəngilanda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində panel müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində panel müzakirələrdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış ediblər.

Tədbirdə, həmçinin Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov panel müzakirənin çıxışçısı qismində iştirak ediblər.

Müzakirələrdə xarici ekspertlərə Qarabağda aparılan bərpa və quruculuq işləri, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesində Azərbaycan modeli barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

12:30

Dekabrın 5-də 30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirakı ilə Zəngilanda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində panel müzakirə keçirilir.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən panel müzakirədə dünyanın müxtəlif ölkələrindəki nüfuzlu beyin mərkəzlərinin və akademik qurumların nümayəndələri iştirak edirlər.

İşğaldan azad edilmiş müxtəlif ərazilər üzrə xüsusi nümayəndələrin çıxışları ilə keçirilən ilk panel müzakirədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov salamlama nitqi ilə çıxış edib.

Sonra panel ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə öz işinə başlayıb.

{gallery}

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri