Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mqer Qriqoryan: “Delimitasiya komissiyalarının növbəti görüşü yanvarın sonunda baş tutacaq”
“Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların növbəti görüşü yanvarın sonunda baş tutacaq”.
Bu sözləri Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan deyib.
O, görüş yerinin və tarixinin dəqiqləşdirildiyini vurğulayıb.
“Sərhədin delimitasiyası üzrə komissiyaların növbəti iclası yanvarın sonunda baş tutacaq, konkret gün, vaxt və yer əlavə olaraq razılaşdırılmalıdır”, - deyə nazir müavini qeyd edib.
M.Qriqoryanın sözlərinə görə, ilkin razılaşmalara əsasən, iclasda komissiyaların birgə fəaliyyətinə dair əsasnamə layihələrinə baxılacaq, burada isə birgə iş zamanı istifadə olunacaq sənədlərin və hüquqi əhəmiyyət kəsb edən hüquqi aktların növləri müəyyən edilməlidir.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan və Ermənistanın delimitasiya komissiyalarının iclası keçən il noyabrın 30-da Qazax-İcevan sərhədində baş nazirlərin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryan rəhbərliyi ilə baş tutub.
Mənbə: TASS