Noy
2022
10:15
135
17
1271
Virtual karabakh

8 və 9 noyabrda memarlıq üslubu ilə fərqlənən Şərq Bazarında “Zəfər günü” münasibətilə festival baş tutacaq

4 Noy, 2022
10:15
1271

8 və 9 noyabrda memarlıq üslubu ilə fərqlənən Şərq Bazarında “Zəfər günü” münasibətilə festival baş tutacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

8 və 9 noyabr tarixlərində möhtəşəm memarlıq üslubu ilə şəhərimizin bütün ticarət məkanlarından fərqlənən Şərq Bazarında “Zəfər günü” münasibətilə #Bizimkilər festivalı baş tutacaq.

Paytaxt sakinləri və qonaqlar “Zəfər Günü”nə həsr olunmuş #Bizimkilər festivalında iştirak edərək yenidən qurulan əzəmətli tarixi abidə “Şərq Bazarı”nda böyük bayram tədbirinə şahidlik edəcəklər.

Qonaqlar yerli brendlərin əl işləri, dizayner geyimləri və aksesuarları, həmçinin #WakeUpArtists-in əsərlərindən zövq alacaqlar.

Festivalın ilk günündə gənc rəssamların müasir baxışları ilə birləşən etnik motivlərin ab-havası, əl işləri, ustad dərsləri və rəssamların əsərləri təqdim olunacaq.

İkinci gün isə moda və aksesuar dizaynerləri yarmarkaya yeni mövsümi və kapsul kolleksiyaları ilə qatılacaq.

Qeyd edək ki, “Şərq Bazarı” Azərbaycanın nadir memarlıq abidələrindən biridir. İlk dəfə 1982-ci ildə istifadəyə verilib. 2017-ci ildə Prezidentin sərəncamı ilə yenidən qurulub və orijinallığı qorunmaqla bazarın konsepsiyası dəyişdirilib.

Hər kəsi “Zəfər Günü”nü birlikdə qeyd etməyə və “Şərq Bazarı” memarlıq yaradıcılığının möhtəşəmliyindən həzz almağa dəvət edirik.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri